Binəqədidə liftdən meyit tapıldı
26
mar
2024
16:50
Binəqədidə liftdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bakının sahilində batan gəzinti gəmisindən sərnişinlərin xilas ANI - YENİLƏNİB-1- VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəm...