Binəqədidə 2 avtobusun toqquşduğu yerdən GÖRÜNTÜLƏR

Binəqədidə 2 avtobusun toqquşduğu yerdən GÖRÜNTÜLƏR
Video
Hadisə 182

Bakı şəhəri, Binəqədi rayonu ərazisində iki avtobus toqquşub, xəsarət alanlar var.

Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə BAKU.WS-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Oktyabrın 17-si saat 06:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən yeddi nəfərə (altı kişi, bir qadın) ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Bir nəfər (qadın) ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Vəziyyəti qənaətbəxş olan beş nəfər (kişi) isə ambulator müalicə üçün evə buraxılıb", məlumatda qeyd olunub.

Son xəbərlər