Binəqədi və Sabunçuda qızıl oğurlayan şəxslər saxlanılıblar
Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə DİN-dən məlumat verilib.
Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda açıq ərazidə yanğın
Şirvan şəhərində açıq ərazidə yanğın hadisəsi baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın baş ver...