Binəqədi sakinləri təhlükə ilə üz-üzə: "Hamısı tökülür camaatın başına"

Binəqədi sakinləri təhlükə ilə üz-üzə: Hamısı tökülür camaatın başına
Video
Hadisə 32

Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində təhlükəli vəziyyət yaranıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, məhəllədə bir neçə ağac aşaraq işıq dirəklərinin üzərinə düşüb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyən sakinlər problemin hələ də həll olunmadığını bildirirlər.

"İki aydan çoxdur ağac aşaraq dirəyin üzərinə düşüb. Qəzalı vəziyyətdir. Buradan uşaqlar da daxil sakinlər keçirlər. Bütün aidiyyəti qurumlara məlumat vermişik, amma gəlib baxan yoxdur", - deyə sakinlərdən biri qeyd edib.

"Keçən il müraciət etdik. Gəlib ağaclardan bir-ikisini kəsdilər, sonra çıxıb getdilər, digərlərinə toxunmadılar. Quru budaqları təmizləmək, təhlükə yaradan ağacları isə götürmək lazımdır", - deyə başqa bir sakin bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər