Binədə marketlərdən 54 min manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində 54 min manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...