Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.
Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda sürücünü təhdid etdi
İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib. Belə ki, KIA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əs...