“Binə” ticarət mərkəzində yanğın baş verdi - VİDEO

“Binə” ticarət mərkəzində yanğın baş verdi - VİDEO
Video
Hadisə 1528
“Binə” ticarət mərkəzində yanğın baş verib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO/FOTO

Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məl...

691 Hadisə 19:01 03 oktyabr 2019

Son xəbərlər