Bakıda "Oba" marketdə PARTLAYIŞ zamanı xəsarət alanların son vəziyyətləri açıqlandı

Xəzər rayonu, Binə südçülük sovxozu, "Oba" marketdə baş verən partlayış zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.
"27 fevral saat 7:00-da "Oba" marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***10:50
Binə qəsəbəsində "Oba" marketdə baş verən partlayış zamanı mağazanın yaxınlığından keçən bir vətəndaş da xəsarət alıb.
Bu barədə "Oba" marketin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə-3" mağazasında partlayış baş verib:
"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.
Qeyd edək ki, "Oba" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq", - deyə açıqlamada vurğulanır.
***09:28
Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".
***08:50
Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Dürdanə Əliyevaya güzəşt olmadı - Son qərar
Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb. BAKU.WS "Q...
