Binanın damında qanunsuz tikilən hovuz SÖKÜLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.
"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...