Binadan qopan üzlük avtomobilə ziyan vurub
Nizami metrosunun arxa hissəsində yerləşən yaşayış binalarından tökülən aqlay daşları avtomobilə ziyan vurub.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, binanın üzlüyündən qopan aqlay daşları park edilmiş avtomobilin üzərinə düşərək nəqliyyat vasitəsinə ziyan vurub.
Müraciətdə qeyd olunur ki, hazırda binanın fasadında qopmaq üzrə olan digər daşlar da qalır. Sakinlər küləkli hava şəraitində həmin daşların yenidən qoparaq avtomobillərin və ərazidən keçən piyadaların üzərinə düşə biləcəyindən narahat olduqlarını bildirirlər.
Məsələ ilə bağlı 102 Xidməti-Zəng Mərkəzinə də müraciət olunduğu bildirilib.
Oxşar xəbərlər
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökm...