Bina sakini: "Yanğının mənbəyi restoran olub, üç gün əvvəl ustanı döyüblər"

Bina sakini: Yanğının mənbəyi restoran olub, üç gün əvvəl ustanı döyüblər
Hadisə 29

"Hadisə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri "Trend"ə açıqlamasında dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.

O qeyd edib ki, mənzili binanın 12-ci mərtəbəsində yerləşir:

"Hadisə baş verəndə beşinci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarıya qalxdıq".

Sakin bildirib ki, evin qapısını tüstü keçməməsi üçün yaş dəsmallarla izolyasiya ediblər:

"Mən 2010-cu ildən bu binada yaşayıram. "Loft" restoranı isə iki il bundan öncə binada fəaliyyətə başlayıb. Yanğının mənbəyi də sözügedən restoran olub. Sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib".

H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib:

"Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə isə adamı döyüblər".

Son xəbərlər