Bilgəh çimərliyində faciə: Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı
Bakının Bilgəh qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib. Çimməyə gedən dörd dostdan ikisi suda batıb.
Batan gənclərdən birinin meyiti dostları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin - 23 yaşlı Rəhman Əmirovun axtarışları isə hələ də davam edir.
Rəhman Əmirovun qohumu Nihad Hüseynli hadisə ilə bağlı Baku TV-yə açıqlamasında bildirib:
"Qəfil su qalxdı, güclü dalğa yarandı və ikisi batmağa başladı. Dostunu sudan çıxaranda artıq dünyasını dəyişmişdi. Rəhman isə axına düşərək uzaqlaşdı, onu tapmaq mümkün olmadı. O, hərbi xidmətdən yeni qayıtmışdı, 23 yaşı vardı".
Oxşar xəbərlər
Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Z...