Biləsuvarda yol qəzasında xəsarət alan qadın Bakıya təxliyə olunub

Biləsuvarda yol qəzasında xəsarət alan qadın Bakıya təxliyə olunub
Hadisə 112

Biləsuvarda yol qəzasında xəsarət alan qadın Bakıya təxliyə olunub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu gün Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alan 6 nəfərdən biri - Biləsuvar rayon sakini, 1996-ci il təvəllüdlü Amina Mehralıyeva Bakıda yerləşən xəstəxanalardan birinə təxliyə edilib.

Qeyd edək ki, hadisə bu gün köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər