Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb
27
mar
2026
18:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan Sunny" minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti...