Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var

TƏBİB Biləsuvarda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Qurumdan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hemotoması və sıyrıqları diaqnozları təyin edilib.
"Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyət stabil olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.
***17:34
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada qəza olub - Ölən var
Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində "VAZ-2106" və motosiklet toqquşub. BAKU.WS Apa-ya istinadən xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 y...
