Biləsuvarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosikleti vurub.
Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-ci il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini Rəsul Quluzadə bədən xəsarətləri alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...