Biləsuvarda yaşlı kişi kanalizasiya quyusunda boğularaq öldü

Biləsuvarda yaşlı kişi kanalizasiya quyusunda boğularaq öldü
Hadisə 122

Biləsuvarda 65 yaşlı kişi kanalizasiya quyusunda qazdan boğularaq ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Kanalizasiya quyusuna iş görmək üçün düşən 2 nəfərdən biri, 1957-ci il təvəllüdlü Allahyar Əsgərov qazdan boğularaq ölüb. Qazdan zəhərlənən digər şəxs, 1991-ci il təvəllüdlü Asif Mirzəyev isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər