Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
14
avq
2025
14:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda qaz xətti zədələnib, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndləri qazsız qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.
Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...