Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Vəkil Elşad Məmmədov HƏBS EDİLDİ
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayətləri...