Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb, yaralı reanimasiyaya köçürülüb - YENİLƏNİB

Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb, yaralı reanimasiyaya köçürülüb - YENİLƏNİB
Foto Video
Hadisə 418

Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qadına sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 10:59

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Naxçıvadan gələn avtobusla "Kamaz" toqquşub.

İlkin məlumata görə, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

102 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər