Biləsuvarda ehtiyatsızlıqdan baş verən yanğında iki nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda ehtiyatsızlıqdan yanğın baş verib, 2 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Lətif Məmmədov öz həyətində yemçəkən aqreqatı təmir edən zaman qısaqapanma əmələ gəlib.
Bu vaxt L.Məmmədov və ona təmirə kömək edən 1974-cü il təvəllüdlü Cavid Bayramov yanıq xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...