Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü
Biləsuvar rayonunda kişi arvadını döyərək, bədənində siqaret söndürüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov (ad və soyad şərtidir) evə gələrkən həyat yoldaşını evdə tapmayıb. Məlum olub ki, həyat yoldaşı əkin sahəsinə işləməyə gedib və ondan icazə almayıb.
O, həyat yoldaşını evə çağırıb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mirzə həyat yoldaşını döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib. Bununla sakitləşməyən M.Qulamov siqareti yandıraraq həyat yoldaşının sağ və sol qoluna basıb, onun bədəninə yanıq xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, M.Qulamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir. BAKU.WS xəbər verir ki, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-...