Biləsuvarda ana oğlunun şəhid olduğu gün vəfat etdi
Biləsuvar rayonunun Nərimankənd kənd sakini, şəhid anası Rəfiqə Əliyeva dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, o, oğlu – Vətən uğrunda canından keçmiş gizir Pərvin Əliyevin şəhid olmasının ildönümündə vəfat edib.
Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində gizir kimi xidmətini davam etdirib.
O, 2014-cü il avqustun 1–3-də Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulub boya-başa çatdığı Nərimankənd kəndində torpağa tapşırılıb.
Göstərdiyi şücaətə görə Pərvin Əliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Biləsuvar şəhərinin küçələrindən biri də onun adını daşıyır.
Oxşar xəbərlər
Qəbələdə avtomobil yanaraq kül oldu
Ötən gün Qəbələ rayonunda minik avtomobilinin iştirakı ilə yanğın hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. H...