Biləcərili narkobaron tutuldu - FOTO

Biləcərili narkobaron tutuldu - FOTO
Hadisə 1082
Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tərdbirləri davam etdirilir.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Binəqədi RPİ Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət oğlu müəyyən olunaraq tutulub.Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin,
Biləcərili narkobaron tutuldu - FOTO
763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin, ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub.
Biləcərili narkobaron tutuldu - FOTO
F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Narkotik maddəni bir dəfə satdı, ikinci cəhdində tutuldu

Narkotik maddəni bir dəfə satdı, ikinci cəhdində tutuldu

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs sa...

571 Hadisə 15:22 17 avqust 2019

Son xəbərlər