Biləcəridə qəzalı su borusu nəzarətə götürüldü
Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 24 ünvanındakı içməli su axıntısı Binəqədi Sukanal İdarəsinin Qəza xidməti tərəfindən nəzarətə götürüldü. Yaxın zamanda boru təmir olunacaq.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq.
***2025-08-11 saat 14:45
Biləcəri qəsəbəsində içməli su küçəyə axır.
Bu barədə yerli sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib.
Bildirilib ki, qəsəbənin Asəf Zeynallı küçəsi 24 ünvanında 1 aydır ki, içməli su borusu partlayıb və su yola axır. Bundan əlavə qəzalı borudan axan suya torpaq qarışdığı üçün evlərə su çirkli gəlir.
Sözügedən kadrları tqdim edirik:
Oxşar xəbərlər
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Naxçıvanda zəncirvari yol qəzası olub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" v...