Biləcəridə bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu

Biləcəridə bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu
Foto
Hadisə 103

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri ilə bağlı açıqlama verilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən evlər uzun illər əvvəl tikilib.

"Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.

***13:58

Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evlərinin divarı uçub.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib.

Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib.

Sakinlər iddia edirlər ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.

Son xəbərlər