Biləcəridə 50 yaşlı qadının meyiti tapıldı
10
iyn
2026
11:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda evdən qadın meyiti aşkarlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 9-da gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Aytəkin Kərimovanın meyiti yaşadığı evdə tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçiriblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimala görə, qadın ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...