Bibisini zorlayıb öldürən şəxs Bakıdakı həbsxanada özünü asdı
22
apr
2019
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirov özünə qəsd edib. BAKU.WS “kriminal.az” saytına istinadən xəbər verir ki, o, saxlanıldığı Şüvəlandakı istintaq təcridxanasında özünü asıb. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə çatdırıblar.M.Migirov ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur. Dəhşətli və dəhşətli olduğu qədər də utancverici hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib.Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada və qətldə təqsirləndirilən Quba rayonu, Qırmızı Sloboda qəsəbə sakini Mişi Migirovun cinayət işi üzrə məhkəmə davam edir. M.Migirov məhkəmədə bibisini qətlə yetirmədiyini deyib. Hadisəyə Penitensiar Xidmət hələlik münasibət bildirməyib.
Oxşar xəbərlər
87 yaşlı bibisini qəbiristanlığa apardı, sonra.... Qubada DƏHŞƏT
Qubada qəbiristanlıqda bibisini döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.BAKU.WS ölkə.az-a istinadən xəbər...