Yeznəsini öldürmək istəyən şəxs: "Məqsədim yeznəni qorxutmaq idi"
02
iyl
2018
15:41
Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.İttihama görə, hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tanverdiyev Ramana qəsəbəsində bacısıgilə gəlib.T.Tarverdiyev həmin evdə yeznəsi Anar Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açıb. İttihama münasibət bildirilən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.O bildirib ki, havaya atəş açsa da heç kimi öldürməyə cəhd etməyib: "Ora gedəndə heç kim yox idi. Onlar çölə çıxmadan mən atəş açmışam. Bunu etiraf edirəm. Mən istəsəydim onları öldürə bilərdim. Bunun üçün imkanım var idi. Bunu bacımın ailəsinin dağılmaması üçün etmişəm. Məqsədim yeznəni qorxutmaq idi".Məhkəmə iyulun 9-da davam edəcək.Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilir.BAKU.WS
Oxşar xəbərlər
Rəfiqəsini balta ilə tikə-tikə doğradı, sonra... - Bakıda DƏHŞƏTLİ HADİSƏ
Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS “publika.az”a istinadən xəbə...