Bibiheybət məscidinin yaxınlığındakı yolda TƏHLÜKƏ - Maşına ziyan dəydi
Lokbatan dairəsindən şəhər istiqamətində hərəkət edən avtomobillərdən biri yolun Bibiheybət məscidi yaxınlığından keçən hissəsində qapağı açıq qalan lyuka düşüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə ötən gün səhər saat 08-09 radələrində baş verib. Nəticədə avtomobilə maddi ziyan dəyib. Sürücü bildirib ki, ərazidə əvvəlcədən hər hansı xəbərdaredici nişan və ya təhlükəsizlik tədbiri olmayıb.
Vətəndaşın iddiasına görə, hadisədən əvvəl ərazidə müvafiq qurumlardan biri tərəfindən işlər aparılıb və lyukun qapağı həmin işlər zamanı açıq vəziyyətdə qoyulub.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı
Bakıda sürücülər arasında yol verməməyə görə dava olub. BAKU.WS Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində qeydə alınıb. İttiham a...