Bibiheybət ərazisində baş verən uçqunla bağlı son vəziyyət - VİDEO

Bibiheybət ərazisində baş verən uçqunla bağlı son vəziyyət - VİDEO
Video
Hadisə 3479

Ötən gündən etibarən Bakının Səbail rayonunda Bibiheybət məscidinin yaxınlığında başlayan sürüşmə səhər saatlarında uçquna səbəb olub.

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə bildirilir ki, hadisə ilə əlaqədar Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və digər rəsmi şəxslər əraziyə gəliblər.

Ekologiya və təbii sərvətlər nazirliyi milli geologiya kəşfiyyat idarəsinin rəisi Əziz Qaralovun sözlərinə görə Bayıl yamacı sürüşməyə meyilli ərazidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat İdarəsinin rəisi Əziz Qaralov bildirib ki, dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub:

"Təxminən yolun 80-100 metrlik hissəsi uçub. Prosesə insan amili səbəb olub. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.

Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir".

Sürüşmə nəticəsində hərəkət zolağının biri tam olaraq çöküb digərində isə çatlar yaranıb. Yolda aparılacaq təmir bərpa işləri ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də açıqlama verib:

"Sürüşmə təxmini 100 metr ərazini əhatə edir. Hərəkət zolağının biri tam olaraq çöküb, digər hərəkət zolağında çatlar yaranıb. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Təmir-bərpa işləri, demək olar, bir neçə ay davam edəcək".

Hazırda ərazidəki avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir.

Oxşar xəbərlər

Son xəbərlər