Biabırçı vəziyyətdə olan məktəbdən görüntülər: "Uşağın üstünə aşsa, kim cavab verəcək?"
Xaçmaz rayonunun Mürşüdoba kənd məktəbinin hazırkı durumu valideynlərin narazılığına səbəb olub. 300-ə yaxın şagirdin təhsil aldığı məktəb binası, demək olar ki, yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara səslənərək şagirdlərin təhlükəsiz və rahat təhsil alması üçün şəraitin yaradılmasını istəyirlər.
"Bu məktəb 80-90 ildir fəaliyyət göstərir. Uşaqların belə şəraitdə təhsil alması çox təhlükəlidir. Divarlarda çatlar var, dam hər an uça bilər.
Hasarlar da aşmaq üzrədir. Hansısa uşağın üstünə aşsa, buna kim cavab verəcək?" - deyə sakinlərdən biri narazılığını bildirib.
Başqa bir sakin isə məktəbdəki antisanitar şəraitdən şikayətlənib:
"Damdan su damır, qapı-pəncərə, demək olar ki, yoxdur. Siçan iyindən isə sinifdə dayanmaq mümkün deyil. Uşaq iki gün məktəbə getsə, iki həftə xəstəxanada qalırıq".
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətindən xəbərdardırlar. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Neftçalada erkən nikahın qarşısı alınıb
Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində oktyabrın 24-də 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə p...