Biabırçı görüntüləri yayılan məktəbin adı AÇIQLANDI: Şagirdlər polisə çağırıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkədə şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı yayılan videonun Bakının Xətai rayonu 165 saylı orta məktəbdə çəkildiyi məlum olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən profilaktik uçota götürülüb. Onlar polisə çağırılaraq, izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb. Yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Oxşar xəbərlər
DİN-dən Bakıda müəllimin şagirdin başını divara çırpması iddiasına REAKSİYA
Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonunda şagirdin müəllim tərəfindən zorakılıq görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BAKU.WS xəbər verir...