Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə bəzi otel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Zığ qəsəbəsində yerləşən bir hotelin ətrafında məişət tullantılarının qalaqlanması, Hövsan qəsəbəsində isə bir iaşə obyektində istismar müddətində ekoloji tələblərin pozulması aşkar olunub.
Həmin hotel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir restoranda ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulması aşkar olunub.
Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...