Bəzi bölgələrdə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində avqustun 12-si saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.
Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.
Oxşar xəbərlər
Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bakının Nəsimi rayonu ərazisində törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 4-də saat...
