Beynində şiş aşkarlanan Toppuş bacı evini sata bilər

Beynində şiş aşkarlanan Toppuş bacı evini sata bilər
Hadisə 217

"MRT-nin cavabını bazar ertəsi almışam. Onda bildim ki, artıq şiş beynimə yayılıb. Hazırda kimyaterapiyaları dayandırmışıq. Bu ayın 15-də şüaterapiyalara başlayacağıq. Bundan sonra beynimə şüa verəcəklər. Bu müalicələr Azərbaycanda davam edəcək".

Bu sözləri BAKU.WS-ə açıqlamasında əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) deyib.

Beynində şiş aşkarlanan aktrisa müalicələrin sonrakı dövrünün xarici ölkədə baş tutacağını da istisna etməyib. Belə olan təqdirdə Əliyeva xəstəliyi ilə bağlı xərcləri ödəmək üçün evini satışa çıxaracağını deyib:

"5 ildir mən bu xəstəliklə mübarizə aparıram. Həkimlərimiz mənim üçün əziyyət çəkiblər. Milli Onkologiya Mərkəzində tam təmənnasız olaraq çox ağır əməliyyatlarımı ediblər. Hələ ki müalicələrim burada davam edəcək. Amma ola bilsin ki, xaricə də gedəm. Bu baş versə, evimi satacam, müalicə xərclərimi qarşılayacam".

Son xəbərlər