Beynəlxalq Hava limanında yanan avtomobil söndürüldü - YENİLƏNİB/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
***09.19
Bakıda avtomobil yanır.
BAKU.WS xəbər verir ki, "Opel Astra" markalı maşın qəfildən alovlanmağa başlayıb. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Bildirilib ki, hazırda yanan avtomobil Heydər Əliyev adına Beynəlxalq Hava limanının qarşısındakı ərazidədir. Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər.
Avtomobilin hansı səbəbdən alışıdığı isə hələ ki, bəlli deyil.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...