Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib
Hadisə 324

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Varşava-Mumbay reysini həyata keçirən "LOT Polish Airlines" aviaşirkətinin "Boeing 787" təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə "Qatar Airways" aviaşirkətinə məxsus Moskva-Doha reysini yerinə yetirən "Boeing 787" təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

63 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər