Beyləqanın kəndlərində həyətyanı sahələri su basıb - FOTO/VİDEO
01
okt
2023
17:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub - VİDEO - YENİLƏNİB
Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Astaraçayın daşması nəticəsində Ərçivan qə...