Beyləqanda avtomobil daş lövhəyə çırpıldı, sürücü öldü
01
fev
2025
11:47
Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xials etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...