Beyləqanda 3 maşın toqquşdu, 2-si kanala aşdı - FOTO

Beyləqanda 3 maşın toqquşdu, 2-si kanala aşdı - FOTO
Foto
Hadisə 64

Beyləqanda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Aran Qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan ZİL markalı yük maşını "Niva" və "OKA" markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən yük və "Niva" markalı minik maşını yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar 1974-cü il təvəllüdlü, Ağcabədi rayon sakini Səfərov Səfər Rafail oğlu, 1980-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Babayev Ramil Kərim oğlu, 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Mehtiyev Əvəz Səfər oğlu və 1980-ci il təvəllüdlü, Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Son xəbərlər