Bəy xınayaxdıdan polis şöbəsinə aparılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə növbəti tədbir keçirib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinə şəhər ərazisində xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıb. Mərasim dayandırılıb və oradakı 11 nəfər polis şöbəsinə gətirilib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub, saxlanılanların bəzilərinə isə xəbərdarlıq edilib.
Saxlanılan şəxslərlə profilaktik söhbətlər aparılaraq onlara karantin rejiminin qaydaları bir daha izah olunub. Mərasimdə iştirak edən qadınlara yığıncaq yerində şifahi xəbərdarlıq edilib.
Mərasimin səbəbkarı olan bəy barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) protokol yazılaraq məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib - FOTO
Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karan...