“Bəy hamamı” cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsi məlum olub.
Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4 000 manat miqdarında, orada işləyən şəxslər və müştərilər isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.
Oxşar xəbərlər
Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - ANBAAN VİDEO
Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməs...