"Bəxt üzüyü 2", "Nigarançılıq"... - Bakıda küçənin ortasında öldürülən aktyor kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində qətl hadisəsi baş verib. Öldürülənlərin aktyor İosif Tkaç və həyat yoldaşı Lyudmila Tkaç olduğu üzə çıxıb.
BAKU.WS qətlə yetirilən aktyorun dosyesini təqdim edir:
İosif Zusyeviç Tkaç 13 iyul 1939-cu ildə Bakıda anadan olub. O, 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib.
1995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Xarici film istehsalçılarının "Qraf Krestovski" (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında baş həkim rolunda çəkilib.
Aktyor həmçinin bir sıra filmlərdə yaddaqalan rolları ifa edib. Bunlardan "Nigarançılıq" (1998, tammetrajlı film-tamaşa), "Daşatan" (2009, qısametrajlı bədii film), "Döngələr (2012, bədii serial), "Bəxt üzüyü 2" (2018, tammetrajlı bədii film) göstərmək olar.
Teatrda işlədiyi müddətdə də bir çox rollar oynayıb.
Bunlardan Traktirşik (A.Ostrovski "Krasaves-mujçina"), Qulaməli (Hidayət "Mənzil"), Fuşe ("Napoleon I " F.Brukner), Selzdon (M.Freyn "Teatr"), Professor Əliquluzadə (Elçin "Poçt şöbəsində möcüzələr"), Yeger (Q.Qorin "Kral oyunları"), Padşax (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazları xüsusi qeyd etmək olar.
Xatırladaq ki, Prezidentin Sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...