Bəşir Süleymanlı ilə bağlı yeni məhkəmə QƏRARI

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Bəşir Süleymanlı barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Doğuşdan sonra ölən ananın yaxınları: "Həkimlər arxa qapıdan qaçdı"
İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimova Sabirabad Perinatal Mərkəzində doğuşdan sonra ölüb. Yenidoğulmuş oğlan uşağı isə sağ qalıb. Həyat...