Beşinci mərtəbədən yıxılan 14 yaşlı Fərid sağ qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Beşinci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 4 mart saat 16:50 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, beyin silkələnməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Yaşayış binasının beşinci mərtəbəsindən yerə yıxılan yeniyetmə sağ qalıb.
APA-nın məlumata görə, hadisə Yevlax şəhərində qeydə alınıb.
İntihara cəhd etdiyi ehtimal olunan 14 yaşlı Fərid İsmayilov Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt Yevlax rayon prokurorluğunda araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...