Bərdədə zəncirvari qəza baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Camry" markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı və 41-BE-260 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Toqquşma nəticəsində "Toyota Camry" və VAZ-2107 markalı avtomobillər yolun müxtəlif istiqamətlərindəki kənarlarına düşüb.
Şahidlərin sözlərinə görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...