Bərdədə təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən "Bərdə İnşaat Sənaye" ASC-yə məxsus beton zavodunda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, zavodda istismar olunan 3 ədəd körpülü kranın arabacığının son həddini və qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, körpülü kranların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...