Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb

18
okt
2024
09:26
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya "saxla" işarəsi verilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.
M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Ci...
