Bərdədə istehlaka yararsız ət aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilən zaman iribuynuzlu heyvanın arxa ətrafında qapalı sınığın olduğu, kəsildikdən sonra isə daxili orqanlarının və heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğunu müəyyən edib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 88 kq ət məhv edilib.
Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Qalereya
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...
